Xəzər Xəbər

Boliviyada etirazlar: Prezident xalqa çağırış etdi

Dünya | 15:46 • 9 Noyabr 2019
Boliviyada etirazlar:

Boliviyada dövlət çevrilişi cəhdi həyata keçirilir.

Bu sözləri öz Tvitter səhifəsində Boliviya Prezidenti Eva Morales paylaşıb. O, xalqı dövlət çevrilişinə qarşı birləşməyə çağırıb:

"Qardaşlar və bacılar, bizim demokratiyamız bəzi aqressiv qrupların təşkil etməyə çalışdığı dövlət çevrilişi təhdidi altındadır. Beynəlxalq ictimaiyyət qarşısında qəti şəkildə hüququ dövlətə qarşı sui-qəsdi rədd edirik”.

Qeyd edək ki, bundan öncə Boliviyada Moralesə qarşı etiraz aksiyaları başlayıb. Etirazçılara bəzi şəhərlərin də polisləri qoşulub. Hakimiyyət orduya əməliyyat aparmasını qadağan edib, Morales isə fövqəladə iclas keçirib./axar.az

Xəbər lenti