Xəzər Xəbər

Çindən ABŞ-a İranla bağlı çağırış

Dünya | 13:05 • 8 Noyabr 2019
Çindən ABŞ-a İranla bağlı çağırış

ABŞ İrana qarşı birtərəfli sanksiyalar siyasətindən və təzyiqlərdən imtina etməlidir.

Bunu Çinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi deyib. O, Yaxın Şərqdə hazırkı gərgin situasiyanın ABŞ-la, eləcə də onun İranla nüvə müqaviləsindən çıxmasıyla əldaqədar olduğunu bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə İranın 9 vətəndaşına, o cümlədən Xameneinin oğluna və İran Baş Qərargah rəisinə sanksiya tətbiq edib./axar.az

Xəbər lenti

Çox oxunanlar