Xəzər Xəbər

Türkiyənin nüfuzlu siyasətçiləri Davudoğlunun partiyasında – Şok açıqlama

Dünya | 12:18 • 8 Noyabr 2019
Türkiyənin nüfuzlu siyasətçiləri

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni siyasi partiya quruculuğa ilə bağlı açıqlama verib.

Keçmiş hökumət başçısı partiya quruculuğu işlərinin davam etdiyini bildirib.

"Yeni bir siyasi hərəkat yaradacağımızı elan etmişdik, bu istiqamətdəki işlərimiz davam edir. Partiyanın proqramı, sənədləşmə və idarə heyətinin formalaşdırılması işini aparırıq. Bu barədə nüfuzlu şəxslərlə də görüşdük. Bəzilərinə üzvlük təklif etdik, bəzilərinə də əməkdaşlıq. Ciddi uğurlarımız var, yeni siyahı hazırlayırıq və başa çatdıqdan sonra təqdim edəcəyik”, - Davudoğlu vurğulayıb.

O, baş nazirin keçmiş müavini Əli Babacanın partiya quruculuğunda yer alıb-almadığına dair suala da cavab verib: "Buna etiraz etmir, amma təklifimizə də bir cavab verməyib”./teleqraf

Xəbər lenti