Xəzər Xəbər

28 ölkə İrana görə hərəkətə keçir: noyabrın 11-də...

Dünya | 11:22 • 8 Noyabr 2019
28 ölkə İrana görə hərəkətə keçir:

Avropa İttifaqına (Aİ) üzv olan 28 ölkənin Xarici İşlər nazirləri noyabrın 11-də Brüsseldə toplaşacaq.

Nazirlər İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyət barədə fikir mübadiləsi aparacaq.

Bu barədə jurnalistlərə Brüsseldə Aİ Şurasının nümayəndəsi məlumat verib. O bildirib ki, XİN rəhbərləri bölgədəki vəziyyəti və Aİ-nin gərginliyin azaldılmasında mümkün rolunu müzakirə edəcək./publika.az

Xəbər lenti