Xəzər Xəbər

ABŞ rəsmisi Səudiyyə Ərəbistanına getdi DİQQƏTÇƏKƏN GÖRÜŞ

Dünya | 11:18 • 8 Noyabr 2019
ABŞ rəsmisi Səudiyyə Ərəbistanına getdi

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Gina Haspel ilə görüşüb.

Paytaxt Ər-Riyadda baş tutan görüşdə iki ölkə arasındakı ortaq əhəmiyyətə sahib məsələlər müzakirə edilib.

SPA rəsmi xəbər agentliyinin yaydığı informasiyada detallara yer verilməyib.

ABŞ-da Tvitterin iki sabiq işçisi haqqında Səudiyyə Ərəbistanı hökumətinə pul qarşılığında kəşfiyyat məlumatları ötürməsi iddiası çıxdıqdan sonra bu görüşün gerçəkləşməsi diqqət çəkir./publika.az

Xəbər lenti