Xəzər Xəbər

Ərdoğandan SON DƏQİQƏ "Patriot" və "F-35" çıxışı: "100 milyard dollar..."

Dünya | 10:58 • 8 Noyabr 2019
Ərdoğandan SON DƏQİQƏ

"Doğulmamış uşağa don biçilməz. Hər şeydən əvvəl görüşdə ikili münasibətlər başda olmaqla, regional məsələlr müzakirə olunacaq. Hazırda S-400, "Patriot”, "F-35” məsələsi görüş çərçivəsində yer alacaq mövzulardır”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanda rəsmi səfəri zamanı ABŞ-a edəcəyi səfərin gündəliyindən danışarkən deyib.

"100 milyard dollarlıq ticarət münasibətləri hədəfimiz var. Bunlardan danışacağıq. Hamsından əhəmiyyətli terrorla mübarizədə bundan sonrakı prosesdə birlikdə nələr edəcəyik? Bu gün Məzlum Kobaninin Bağdadidən fərqi yoxdur. Bağdadi nə qədər əhəmiyyətli terrorçu idisə, Kobani də elədir. "Mənim görüşdüyüm terrorçu yaxşıdır” deyə bilmərik. Usamə Bin Laden də bu formada öldürülmüşdü. Deməli, terrorun başında dayananları öldürməklə terror bitmir”,- Ərdoğan bildirib.

Türkiyənin hava hücumundan müdafiə sistemi əldə etmə planları barədə danışan prezident bunları deyib: "S-400-ü aldıq. Bu iş bitdiş Amma ABŞ bizə "Patriot” verəcəksə, uyğun şərtlər olması təqdirində "Patriot” ala bilərik. Bu onlara da təklif etdik”.

publika.az

Xəbər lenti