Xəzər Xəbər

Fövqəladə vəziyyət: Əhaliyə maska paylanılır

Dünya | 16:09 • 2 Noyabr 2019
Fövqəladə vəziyyət:

Hindistanın Dehli şəhərinin hakimiyyət orqanları havanın çirklənməsi səbəbindən noyabrın 5-dək bütün məktəbləri bağlayıb.

Azərtac xəbər verir ki, şəhər administrasiyasının rəhbəri Arvind Kedjrival paytaxtın artıq qaz kamerasını xatırlatdığını, Dehli məktəblərində 5 milyona qədər maska paylanacağını bildirib.

Mövsümün sonlarında məhsulu yığılmış sahələrin yandırılması Hindistanda havanın həddən artıq çirklənməsinə səbəb olur. Qonşu ştatlarda minlərlə fermer torpağı növbəti əkinə hazırlamaq məqsədilə sahələri yandırır. Həmin vaxt qeyd edilən "Divali” milli bayramı vəziyyəti bir qədər də ağırlaşdırır. Bayram günləri bütün ölkə ərazisində alov festivalı keçirilir, şamlar və fənərlər yandırılır, pirotexniki vasitələr partladılır və atəşfəşanlıq təşkil edilir. Bu səbəbdən Nyu-Dehlini tüstü bürüyür, havada zərərli maddələrin miqdarı normadan on dəfələrlə artıq olur.

Xəbər lenti