Xəzər Xəbər

Trampın təklifini rədd etdi: “Təşəkkür edirəm, amma…”

Dünya | 15:26 • 2 Noyabr 2019
Trampın təklifini rədd etdi:

İngiltərə Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın radikal sağ siyasətçi Naycl Faracla seçki koalisiyasına getmək təklifini rədd edib.

Conson təklifə görə Amerika başçısına təşəkkürünü çatdırıb.

O, belə bir koalisiyanın qurulmasının mümkün olmadığına diqqət çəkib:

"Mühafizəkar partiya hökumətindən başqa bir partiyaya səs vermək Ceremi Kobaynı (Fəhlə Partiyasının lideri) iqtidara gətirməyə bərabərdir. Bu məsələdə çox açıq danışacağam”.

Donald Tramp müsahibələrindən birində Conson hökumətinə sağçı siyasətçi ilə işləmək təklifini vermişdi.

Amerika prezidentinin bu təklifi Kobayn tərəfindən "seçkilərə müdaxilə” adlandırılmışdı./teleqraf

Xəbər lenti