Xəzər Xəbər

Çin ABŞ-la anlaşdı

Dünya | 13:07 • 2 Noyabr 2019
Çin ABŞ-la anlaşdı

Çin əsas ticarət məsələləri ilə bağlı ABŞ-la razılıq əldə edib.

Bu barədə "CNBC" məlumat yayıb.

Çinin baş nazirinin müavini Lü He və ABŞ maliyyə naziri Stiven Mnuçin, həmçinin Vaşinqtonun ticarət danışıqlarında təmsilçisi Robert Laythayzer arasında noyabrın 1-i telefon danışığı baş tutub. Danışıqlar zamanı iki ölkə arasında ticarət razılaşmasının əldə edilməsi üçün vacib olan əsas məsələlər müzakirə edilib.

Tərəflər həmçinin gələcək məsləhətləşmələrin keçirilmə cədvəli ətrafında da fikir mübadiləsi aparıblar./teleqraf

Xəbər lenti