Xəzər Xəbər

Tramp İŞİD-in yeni liderindən danışdı: Onun kim olduğunu...

Dünya | 10:26 • 2 Noyabr 2019
Tramp İŞİD-in yeni liderindən danışdı:

İŞİD-in artıq yeni bir lideri var. Biz onun kim olduğunu çox yaxşı bilirik.

Bu haqda ABŞ Prezidenti Donald Tramp tvitter hesabında yazıb.

Xatırladaq ki, daha əvvəl İŞİD terror təşkilatı lideri Əbubəkr Əl-Bağdadi və onun yerinə gətirilməsi planlaşdırılan Əbu Həsən Əl-Muhacirin öldürüldüyü təsdiqləyib. Terrorçulara yaxın "Telegram" kanallarından yayımlanan səs qeydində Əbu İbrahim Haşiminin İŞİD-in yeni lideri olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin ötən həftə Suriyanın İdlib vilayətinin Barişa kəndində öldürülməsi ilə nəticələnən əməliyyatın görüntülərini paylaşıb./publika.az

Xəbər lenti