Rusiya və Çin hərbi ittifaq yaratmayacaq.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, tərəflər arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu, amma hələlik hərbi ittifaqdan söhbət getmədiyini bildirib:
"Əgər müttəfiqlik dedikdə hərbi ittifaq nəzərdə tutulursa, nə Rusiya, nə Çin belə hərbi ittifaq planlaşdırır. Hər iki ölkə beynəlxalq arenada öz maraqlarının təminatı ilə məşğul olur”./axar.az