Xəzər Xəbər

İsrail və Yunanıstan Türkiyəyə qarşı birləşdi – Şok açıqlama

Dünya | 15:49 • 1 Noyabr 2019
İsrail və Yunanıstan Türkiyəyə qarşı birləşdi – Şok açıqlama

"Türkiyə və İran Yaxın Şərq bölgəsinin təhlükəsizliyi və sabitliyi üçün təhdiddir”.

Bunu yunan həmkarı Nikos Dendiasla görüşündə İsrailin xarici işlər naziri Yisrael Katz deyib.

Katz İranın Hizbullah, Həmas terror təşkilatları və nüvə proqramı ilə təhdid vəziyyəti yaratdığı halda, Türkiyənin Suriyadakı anti-terror əməliyyatlarının sabitliyi pozduğunu bildirib.

Nikos Dendias da Türkiyənin Suriyadakı anti-terror əməliyyatlarını kəskin sözlərlə pisləyib.

"Türkiyənin təhqiredici davranışları bölgədə sabitliyi və təhlükəsizliyi pozur”./teleqraf

Xəbər lenti