Xəzər Xəbər

Əsəd: Bağdadinin öldürülməsinə inanmırıq!

Dünya | 15:43 • 1 Noyabr 2019
Əsəd: Bağdadinin öldürülməsinə inanmırıq!

İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsinə dair bir dəlil görmədik.

Bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib.

O bildirib ki, bu məsələ ilə bağlı ABŞ-la hər hansı əlaqələri yoxdur və faktlar təqdim edilməyincə Bağdadinin məhv edildiyinə inanmayacaqlar:

"Bu əməliyyatın həqiqətən olub-olmadığını bilmirik. Terror idealogiyasının hökm sürdüyü müddətcə Bağdadi, yaxud digərlərinin öldürülməsi heç nəyi dəyişdirməyəcək”.

Qeyd edək ki, Bağdadinin öldürüldüyü barədə ABŞ Prezidenti Trampın açıqlamasını İŞİD də təsdiqləyib./axar.az

Xəbər lenti