Xəzər Xəbər

Gecə səsə ayılan qadın dəhşətə gəldi - Evinə girən qız oğlunu soyundurub... - FOTO

Dünya | 13:03 • 21 Oktyabr 2019
Gecə səsə ayılan qadın dəhşətə gəldi - Evinə girən qız oğlunu soyundurub... - FOTO

Gecə vaxtı yuxudan oyanan qadın dəhşətə gəlib.

ABŞ-ın Ohayo ştatında qəribə hadisə baş verib. Ohayonun mərkəzi şəhəri olan Kolumbda yaşayan qadın gecə yuxudan oyanan zaman gördüyü mənzərədən dəhşətə gəlib.

Belə ki, səsə oyanan Areica Hill adlı qadın evində yad qız görüb. Onun dediyinə görə, evinə girən qadın onun 2 yaşlı oğlunu soyundurub, çimdirirmiş.

Qadın dərhal qızı oğlundan uzaqlaşdırıb, sevgilisinə və polisə xəbər verib. Hadisə yerinə gələn polislər "oğru"nu tutublar.

Polis idarəsinə gətirilərək ifadəsi alınan 22 yaşlıElizabeth Hixon cərimələndikdən sonra şərti azadlığa buraxılıb./Milli.Az


Xəbər lenti