Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatına məxsus böyük silah anbarını ələ keçirib.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Rasulaynda davam edən axtarış zamanı PKK/YPG terror təşkilatına məxsus böyük miqdarda silah-sursatın olduğu cəbhəxana ələ keçirilib”, - deyə məlumatda qeyd olunub.