Xəzər Xəbər

Rusiyada dəhşətli yanğın - 7 nəfər ölüb

Dünya | 14:50 • 19 Oktyabr 2019
Rusiyada dəhşətli yanğın -

Rusiyanın Yaroslavl vilayətində dəhşətli yanğın baş verib.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Rostov rayonunda baş vermiş yanğında yeddi nəfər ölüb.


Yanğın oktyabrın 19-na keçən gecə çoxmənzilli binada qeydə alınıb. Ölənlərdən beşi uşaqdır.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Xəbər lenti