Xəzər Xəbər

Hava çirkliliyi 400 min adamın ölümünə səbəb olub

Dünya | 17:51 • 17 Oktyabr 2019
Hava çirkliliyi 400 min adamın ölümünə səbəb olub

Avropa Ətraf Mühit Agentliyininhazırladığıhesabata görə, 2016-cı ildə Avropada havanın keyfiyyətsizliyindən 400.000 insan vaxtından əvvəl həyatını itirib.

Hesabatda hava çirkliliyinin insan sağlamlığı üçün ən vacib ekoloji təhlükə amili olduğu bildirilib.

Agentliyin hesabatını hazırlayan havanın keyfiyyətinə nəzarət mütəxəssislərindən biri Alberto Gonzlez Ortiz Avropa şəhərlərində havanın çirklənmə səviyyəsini azaltmaq üçün avtomobillərin sayının, xüsusən azot dioksid maddəsininmiqdarının azaldılmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, iyul ayında Avropa Komissiyası Avropa Məhkəməsindəİspaniya və Bolqarıstana qarşı vətəndaşlarını havanın çirkliliyindənqoruya bilməməsi ilə bağlı iddia qaldırmışdı.

Xəbər lenti