Xəzər Xəbər

“YPG-ni dəstəkləməyə davam edəcəyik” – Pentaqondan şok açıqlama

Dünya | 14:54 • 16 Oktyabr 2019
“YPG-ni dəstəkləməyə davam edəcəyik”

Pentoqon bundan sonra da Suriyada YPG-ni dəstəkləməkdə davam edəcək.

Türk mediası xəbər verir ki, bu sözləri Pentoqonun adını açıqlamayan yüksək çinli hərbçisi deyib.

Onun sözlərinə görə, Pentaqonda SDG-nin Suriyada savaşı davam etdirməsi üçün onlara nə kimi dəstək verilə biləcəyi mövzusunda müzakirə aparılır.

İŞİD-ə qarşı mübarizə prinsipinə bağlı olduqlarını xatırladan Pentaqon rəsmisi əlavə edib ki, SDG ilə bundan sonra necə davam edəcəklərinin yollarını tapmağa çalışırlar: "SDG-nın ABŞ ordusu ilə çox güclü əlaqələri var və bu əlaqələri qoruyub saxlaya biləcəyimizi düşünürük”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Suriyadan çıxacaqları haqda açıqlamasından sonra Pentaqonun belə mövqe ilə çıxış etməsi maraq doğurur./Teleqraf.com

Xəbər lenti

Çox oxunanlar