Xəzər Xəbər

Gürcüstanda intihara cəhd halları artıb

Dünya | 22:23 • 10 Oktyabr 2019
Gürcüstanda intihara cəhd halları artıb

Gürcüstanda intihara cəhd və özünəqəsd halları artıb. Cari ilin birinci yarısında Gürcüstanda 219 intihara cəhd halı qeydə alınıb və 207 nəfər bu yolla dünyasını dəyişib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.


Bu barədə jurnalistlərə Gürcüstanın Ombudsmanı Nino Lomdcariya məlumat verib.


Onun sözlərinə görə, 2018-ci ildə 389 intihar və 477 intihara cəhd halı qeydə alınıb və 389 nəfər özünəqəsd edərək ölüb.


Ombudsman deyib ki, psixoloji sağlamlıq ölkədə problemli sahələrdən biridir. Dövlət bu xəstəliyə qarşı mübarizəyə dair xüsusi proqramın hazırlanmasının vacibliyini qeyd etsə də, hələlik bellə bir proqram qəbul olunmayıb.


N.Lomdcariya deyib ki, psixoloji problemlər daha çox narkotik vasitələrin təsiri altında yaranır. (AZƏRTAC)

Xəbər lenti