Xəzər Xəbər

“American Airlines” yanvarda “Boeing 737 MAX” təyyarələri ilə uçuşları bərpa edəcək

Dünya | 16:41 • 10 Oktyabr 2019
“American Airlines” yanvarda “Boeing 737 MAX” təyyarələri ilə uçuşları bərpa edəcək

ABŞ-ın "American Airlines” aviaşirkəti bəyan edib ki, 2020-ci il yanvarın 16-dan etibarən "Boeing 737 MAX” təyyarələri ilə aviareyslər bərpa ediləcək. Şirkətin təmsilçisi bildirib ki, bunun üçün proqram təminatının iki modifikasiyasının cari ilin sonunadək təsdiq olunması gözlənilir.


"American Airlines” 2018-ci ilin oktyabrında və 2019-cu ilin martında iki "Boeing 737 MAX” təyyarəsinin qəzaya uğramasından sonra federal tənzimləyici orqanların bu təyyarələrlə uçmağı qadağan etdiyi üç Amerika şirkətindən (digər ikisi "United Airlines” və "Southwest” şirkətləridir) biridir. Həmin qəzalarda 346 sərnişin həlak olmuşdu.


ABŞ-ın Federal Aviasiya İdarəsi "Boeing” şirkəti, habelə beynəlxalq təşkilatlar və aviasiya sahəsində texniki ekspertlər qrupu ilə "Boeing 737 MAX” təyyarələrinin istismara qaytarılması istiqamətində iş aparır. İyunda şirkətin rəhbərliyi həmin təyyarələrin proqram təminatının yenilənməsi və mühəndis-sınaq uçuşlarının həyata keçirilməsi barədə bəyanat yayıb. (AZƏRTAC)

Xəbər lenti