"Knight Frank” konsaltinq şirkəti mənzillərin qiymətlərinin artım tempinə görə dünya şəhərlərinin reytinqini dərc edib.
"APA-Economics”in sözügedən reytinqə istinadən verdiyi məlumatına görə, siyahının ilk pilləsində Çinin Sian şəhəri qərarlaşıb. Belə ki, bu şəhərdə son 12 ay ərzində mənzillərin qiyməti 25,1% artıb. Reytinqin ikinci və üçüncü yerlərini Budapeşt (24,2%) və Heydərabad (18,3%) bölüşdürür.
Qeyd edək ki, ümumiyyətlə, reytinqdə dünyanın 150 şəhəri, o cümlədən postsovet ölkələrinin Tallin (5,6%), Moskva (3,2%), Riqa (2,9%) və Kiyev (1,3%) şəhərləri yer alıb.
Mənzillərin qiymətlərinin artım tempinə görə şəhərlərin reytinqini:
# | Şəhər | 12 ay ərzində qiymət artımı, % |
1 | Sian (Çin) | 25,1 |
2 | Budapeşt (Macarıstan) | 24,2 |
3 | Heydərabad (Hindistan) | 18,3 |
4 | Əhmədabad (Hindistan) | 15,3 |
5 | Uhan (Çin) | 14,6 |
6 | Sankt-Peterburq (Rusiya) | 14,6 |
7 | Portu (Portuqaliya) | 13,6 |
8 | Çunsin (Çin) | 12,1 |
9 | Zaqreb (Xorvatiya) | 11,4 |
10 | Afina (Yunanıstan) | 11,2 |
11 | Qingdao (Çin) | 10,8 |
12 | Vuhu (Çin) | 10,5 |
13 | Quançjou (Çin) | 10,4 |
14 | Banqalor (Hindistan) | 10,2 |
15 | Varşava (Polşa) | 10,1 |
16 | Boqota (Kolumbiya) | 9,8 |
17 | Vyana (Avstriya) | 9,8 |
18 | Utrext (Niderland) | 9,7 |
19 | Sofiya (Bolqarıstan) | 9,6 |
20 | Lion (Fransa) | 9,2 |