Xəzər Xəbər

Türkiyəyə qarşı şok addım: İŞİD ikinci dəfə qayıdır – Yeni gəlişmə

Dünya | 11:33 • 10 Oktyabr 2019
Türkiyəyə qarşı şok addım:

"Türkiyənin əməliyyatlara başlamasından sonra Suriyada həbsxanada saxlanılan 40 İŞİD komandanı bölgədən çıxarılıb”.

Bu barədə "Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qəzet həbsxanadan çıxarılan İŞİD-çilərin ABŞ-ın bölgədəki hərbi qüvvələrinin xüsusi nəzarətinə verildiyini bildirib. Nəzarətdə saxlanılan terrorçular arasında amerikalı və avropalı İŞİD-çilərdən cavabdehlik daşıyan "Bitls” adlandırılan iki militanın da olduğu vurğulanıb.

Alexanda Koti və Əl-Şəfi Əlşeyx adlı İŞİD militanlarının da İraqa aparıldığı deyilib.

Terrorçuların hansı məqsədlə həbsxanadan çıxarıldığı məlum olmasa da, ABŞ-ın bu addımı Suriyada hərbi əməliyyatlara başlayan Türkiyəyə qarşı bir həmlə olduğu ehtimal edilir. Bu, İŞİD-in yenidən qurulması iddiasının yayılmasına yol açıb./teleqraf

Xəbər lenti