YPG terror təşkilatının əsasını təşkil etdiyi "Suriya Demokratik Gücləri” Türkiyənin əməliyyatı səbəbindən İŞİD-ə qarşı mübarizə dayandırıb.
Bu haqda ABŞ və YPG mənbələrinə istinadən "Röyters” agentliyi bildirib.
"Suriya Demokratik Gücləri” İŞİD-ə qarşı əməliyyatları dayandırdı, çünki şimal sərhədində böyük bir ordu tərəfindən təhdid edildiyi bir vaxtda, əməliyyatlar keçirmək mümkün deyil”, - YPG nümayəndəsi deyib.
ABŞ rəsmisinin sözlərinə görə, İŞİD-ə qarşı əməliyyatların dayandırılması ABŞ-ın Suriyadakı müxalif qüvvələrə təlim keçməsinə təsir edəcək./publika.az