Xəzər Xəbər

Vladimir Zelenski oktyabrın 10-da bütün gün KİV-in suallarını cavablandıracaq

Dünya | 21:14 • 9 Oktyabr 2019
Vladimir Zelenski oktyabrın 10-da bütün gün KİV-in suallarını cavablandıracaq

Oktyabrın 10-da Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə press-marafon keçiriləcək və o, gün boyu jurnalistlərin suallarına cavab verəcək.


Xezerxeber.az xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, press-marafon yerli vaxtla saat 10:00-da başlayacaq.


KİV nümayəndələri, həmçinin "Kyiv Food Market” ərazisində təşkil olunan mətbuat mərkəzində işləyə biləcəklər. Orada tədbirin canlı yayımını izləmək imkanı yaradılacaq.


Press-marafon, eyni zamanda, prezident ofisinin sosial şəbəkələrdəki səhifələrindən də birbaşa yayımlanacaq.

Xəbər lenti