Xəzər Xəbər

Gürcüstanın turizmdən gəlirləri kəskin azalıb

Dünya | 15:39 • 9 Oktyabr 2019
Gürcüstanın turizmdən gəlirləri kəskin azalıb

Rusiyanın iyulun 8-dən etibarən Gürcüstana birbaşa aviaçuşları qadağan etməsi nəticəsində qonşu ölkə iyul-avqust aylarında 113 milyon ABŞ dolları itirib.


AZƏRTAC xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.


Onun sözlərinə görə, Gürcüstanın turizm sahəsindəki itkiləri sentyabrda da davam edib. Sentyabr ayında Rusiyadan Gürcüstana turist axını 20 faizə qədər azalıb. Bu isə öz növbəsində özəl sektora, biznes və turizm sənayesinə mənfi təsir göstərib.


M.Kvirivişvili tezliklə Rusiyadan birbaşa aviauçuşların bərpa olunacağına ümid etdiyini bildirib.


O deyib: "Bu istiqamətdə danışıqlar gedir və çox güman ki, müsbət nəticələr əldə olunacaq”.

Xəbər lenti