Xəzər Xəbər

Ukraynada hərbi hospitalda güclü yanğın baş verib

Dünya | 11:01 • 20 Sentyabr 2019
Ukraynada hərbi hospitalda güclü yanğın baş verib

Sentyabrın 20-nə keçən gecə səhərə yaxın Ukraynanın Lutsk şəhərində hərbi hospitalda güclü yanğın baş verib. AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, yanğın nəticəsində hospitaldan 100-ə yaxın insan evakuasiya edilib. Bunlardan 7-si ağır xəstə, 11-i isə hospitalın tibb işçiləri olub. Evakuasiya olunanlar xəstəxanaya yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilir.


Yanğın hospitalın 500 kvadratmetr ərazisini əhatə edib. Yanğının səbəbləri araşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti