Xəzər Xəbər

Əsəd əfv qərarı verdi: Təslim olunanlar cinayətkar sayılmayacaq

Dünya | 15:06 • 16 Sentyabr 2019
Əsəd əfv qərarı verdi:

Suriya rejiminin lideri Bəşər Əsəd 3-6 ay müddətinə dövlətə təslim olan cinayətkarların bağışlanacağı barədə əfv sənədi imzalayıb.

Sənəd imzalanan gündən əvvəl baş vermiş cinayət hadisələrini nəzərə tutan əfvə görə, ölüm hökmü ömürlük həbs və ya 20 ilə endiriləcək.

Hərbi fərarilər bu əfvdən faydalanmaq üçün 3 ay müddətinə təslim olmalıdır.

Əsədin verdiyi əfv dövlətlə döyüşmək məqsədilə silahlanan, Suriyaya qarşı xarici qüvvələrlə birlikdə olan və Dəməşqin terrorist kimi qəbul etdiyi müxalifətə qoşulan suriyalılara şamil edilmir.

İstisnalar arasında silah və narkotik alverçiləri də var.

Xaricdə olan hərbi fərarilər 6 ay, ölkə daxilində olanlar isə 3 ay içərisində müraciət edərək əfvdən yararlana biləcək.

Xəbər lenti