Xəzər Xəbər

ABŞ daha bir fəlakətlə üz-üzə: yaxın günlərdə...

Dünya | 14:46 • 16 Sentyabr 2019
ABŞ daha bir fəlakətlə üz-üzə:

ABŞ-ın Florida ştatının Atlantik okeanı sahillərində yaranan Humberto qasırğasının təhlükə səviyyəsi 1-ci kateqoriyaya yüksəlib.

Qasırğa yaxın günlərdə Baham adaları ilə yanaşı, Floridadan başlayaraq Şimali Karolinaya qədər ABŞ sahillərini vuracaq.

ABŞ Milli Qasırğalara Nəzarət Mərkəzinin hesabatına görə, qasırğasnın sürəti 120 km/saatdır.

Qeyd edək ki, sentyabrın əvvəlində 5-ci təhlükə kateqoriyasında olan Dorian qasırğası Baham adalarını yerlə yeksan etmişdi. Ada ölkəsində 40-a yaxın insan ölmüşdü. 1300 nəfər isə hələ də itkindir./publika.az

Xəbər lenti