Dünyanın 194 ölkəsində Beynəlxalq Polis Təşkilatı - İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan şəxs saxlanılaraq Türkiyəyə gətirilib.
Xezerxeber.az xəbər verir ki, 2009-cu ildə Türkiyənin Yozqat şəhərində meşəlik ərazidə azyaşlını döyərək cinsi istismar etməkdə təqsirləndirilən şəxs Fransada saxlanılıb. Cinayətkar Türkiyənin hüquq-mühafizə orqanlarına təhvil verilib.