Xəzər Xəbər

ABŞ-a miqrant axını dayandırılır Tramp məhkəməni uddu

Dünya | 13:33 • 12 Sentyabr 2019
ABŞ-a miqrant axını dayandırılır

ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Mərkəzi Amerikadan gələn miqrantların sayının azaldılmasına dair tələbini təsdiq edib.

Ali Məhkəmə Hondoras, Qvatemela və Salvador kimi ölkələrdən miqrant axınının dayandırılması haqda qərar verib.

Qərara görə, Mərkəzi Amerika ölkələrində yaşayan, ancaq ikinci ölkə vasitəsilə ABŞ-a daxil olaraq oturum tələb edən miqrantlara rədd cavab veriləcək.

Prezident Tramp Ali Məhkəmənin qərarını dəstəkləyib./teleqraf

Xəbər lenti