Xəzər Xəbər

Boltonun bu strategiyası yersiz idi Trampdan AĞIR İTTİHAM

Dünya | 10:37 • 12 Sentyabr 2019
Boltonun bu strategiyası yersiz idi

Milli təhlükəsizlik üzrə keçmiş məsləhətçi Con Boltonun Venesuela üzrə strategiyası yersiz idi.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə bildirib.

"Düşünürəm ki, o, bütün çərçivələrdən çıxdı”, - Tramp fikir ayrılıqlarının mahiyyəti haqqında təfərrüatları açıqlamadan deyib.

Qeyd edək ki, Bolton sentyabrın 10-da istefaya göndərilib. O, iqtisadi təzyiq yolu ilə Venesuelada hakimiyyət dəyişikliyinə nail olmaq istəyirdi. ABŞ KİV-i bir neçə dəfə yazıb ki, bu strategiyanın uğursuzluğu Tramp qıcıqlandırırdı./publika.az

Xəbər lenti