Xəzər Xəbər

Rusiyanın gələcəyi üçün əsas təhlükə... Putinlə görüş öncəsi Netanyahudan ŞOK İDDİA

Dünya | 09:29 • 12 Sentyabr 2019
Rusiyanın gələcəyi üçün əsas təhlükə...

Rusiyanın gələcəyi üçün əsas təhlükə radikal İslamdır.

Bu sözləri İsrailin Baş naziri İsrail Benyamin Netanyahu RBK nəşrinə müsahibəsində deyib.

Siyasətçi qeyd edib ki, nüvə silahını almağa və Yaxın Şərqi özünə tabe etməyə çalışan İrandan gələn şiə radikal islamı özündə ən böyük şəri daşıyır.

"Yekunda o öz ideologiyasını və silahlarını təkcə İsrail və Qərbə deyil, həmçinin Rusiyaya yönəldəcək. Çünki o bizim ortaq mədəniyyətimizə qarşıdır və dünyanı idarə etmək istəyir. Hökmranlıq üçün irrasional cəhd bütün bəşəriyyəti hədələyir”, - Netanyahu bildirib.

Siyasətçi Rusiya və İranın münasibətlərini qiymətləndirərək qeyd edib ki, iki ölkənin mövqeləri bəzən uyğun gələ bilər, amma həmişə və tamamilə deyil.

Qeyd edək ki, Netahyahu sentyabrın 12-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Bu, baş nazirin Rusiyaya bir il ərzində üçüncü səfəridir. Liderlər Suriya başqa olmaqla, beynəlxalq çağırışın bır sıra mövzularını müzakirə edəcəklər./publika.az

Xəbər lenti