Xəzər Xəbər

Prezident qərar verdi: siqaretin bu növü qadağan edilir

Dünya | 09:45 • 12 Sentyabr 2019
Prezident qərar verdi:

ABŞ prezidenti Donald Tramp ölkəsində elektron siqaretdən istifadəni qadağan edir.

Buna səbəb elektron siqaretdən qaynaqlandığı təxmin edilən sirli ağ ciyər xəstəliyinin yayılmasıdır.

ABŞ xəstəliyə Nəzarət və Qarşısının Alınması Mərkəzi açıqlayıb ki, bu xəstəlikdən ölənlərin sayı artıq 6-ya çatıb. Buna görə də Tramp elektron siqaretlərin bazardan yığışdırılması üçün lazımi tədbirlərin görüləcəyini deyib.

Hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 450-yə çatıb./publika.az

Xəbər lenti

Çox oxunanlar