Xəzər Xəbər

2 min 500 nəfərdən xəbər yoxdur - O ölkə şokda

Dünya | 09:56 • 12 Sentyabr 2019
2 min 500 nəfərdən xəbər yoxdur - O ölkə şokda

Baham adalarında "Dorian” qasırğasından sonra 2,5 min insan itkin düşüb.

Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyi hələ də 2 min 500 nəfərdən xəbər ala bilmədiklərini bəyan edib.

Bəzi şəxslərin sığınacaqlara yerləşdirildiyi güman edildiyindən son dəqiqləşmədən sonra itkin düşənlərin sayının azalacağı ehtimal olunur.

Qeyd edək ki, qasırğa sentyabrın 1-də ciddi fəsad yaradıb. BMT 70 min nəfərin təcili yardıma ehtiyacı olduğunu açıqlayıb./ Teleqraf.com

Xəbər lenti