Xəzər Xəbər

KXDR nəhəng buraxıcı qurğunun uğurlu sınağını keçirib

Dünya | 13:50 • 25 Avqust 2019
KXDR nəhəng buraxıcı qurğunun uğurlu sınağını keçirib

KXDR bir neçə raketi buraxmağa qadir olan nəhəng buraxıcı qurğunu uğurla sınaqdan keçirdiyini bildirib.


Xezerxeber.az xəbər verir ki, Yonhap agentliyinin Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla yaydığı məlumata görə, sınağa Kim Çen In rəhbərlik edib. Test buraxılışı sistemin bütün taktiki və texnoloji xarakteristikasının verilmiş meyarlara çatdığını göstərib.


Xatırladaq ki, şənbə günü səhər Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış həyata keçirib. Raketlər 380 kilometr məsafə qət edib, uçuş hündürlüyü isə maksimal nöqtədə 97 kilometrə çatıb.

Xəbər lenti