Xəzər Xəbər

Rusiyada yol-nəqliyyat qəzasında 5 nəfər ölüb

Dünya | 12:44 • 24 Avqust 2019
Rusiyada yol-nəqliyyat qəzasında 5 nəfər ölüb

Rusiyanın Volqoqrad vilayəti ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, Moskva-Volqoqrad magistral yolunda "Hyundai Solaris” minik avtomobilinin avtobusla toqquşması nəticəsində 5 nəfər ölüb. Onlardan ikisi qadın və körpə uşaqdır. Yaralılar isə Volqoqrad vilayətinin Novoanninsk rayonunun xəstəxanasına çatdırılıb.


Vilayət polisinin məlumatında qeyd olunub ki, minik avtomobili ilə toqquşan avtobusun salonunda 26 sərnişin olub. Ölənlərin hamısı "Hyundai Solaris”in sərnişinləridir. Avtobus sərnişinləri arasında isə çoxlu sayda yaralılar var.

Xəbər lenti