Xəzər Xəbər

Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir

Dünya | 13:24 • 24 Avqust 2019
Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir

ABŞ Prezidenti Donald Tramp Yeddilər qrupunun (G7) avqustun 24-26-da Fransanın Biarritz şəhərində keçiriləcək sammiti meydanlarında danışıqların çox məhsuldar olacağını gözlədiyini deyib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Amerika lideri bu barədə Fransaya uçmazdan öncə Ağ evin cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı bildirib.


"Hesab edirəm ki, sammit çox məhsuldar alınacaq”, - deyə Donald Tramp suallara cavab verərkən qeyd edib.


KIV-də yayılan məlumatlara görə, Zirvə görüşünün əsas mövzusu bərabərsizliklə mübarizə olacaq. Sammitdə ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderləri təhlükəsizlik, iqlim dəyişikliyi, qadınlara qarşı zorakılıq və cinsi bərabərlik kimi problemləri müzakirə edəcəklər. Dövlət başçılarının, həmçinin Ukrayna, Suriya, İran və Brexit kimi mövzulara toxunacağı gözlənilir.


Zirvə toplantısına BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə birgə Cənubi Afrika, Burkina Faso, Misir, Seneqal, Ruanda, İspaniya, Çili, Hindistan və Avstraliya liderləri də dəvət edilib.

Xəbər lenti