Xəzər Xəbər

Şimali Koreya XİN-i Pompeonu `zəhərli ot` adlandırdı

Dünya | 17:06 • 23 Avqust 2019
Şimali Koreya XİN-i Pompeonu `zəhərli ot` adlandırdı

Şimali Koreya diplomatiyasının lideri Li Yon Xo amerikalı həmkarı Makyl Pompeonun KXDR-ə qarşı məhdudiyyətli tədbirlər barədə bəyanatını sərt tənqid edib. Nazir ABŞ Dövlət Katibini amerikalı diplomatlar arasında "zəhərli ot" adlandırıb.

Şimali Koreya XİN-in bəyanatı cümə günü Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən yayımlanıb.

"Pompeo amerikalı diplomatlar arasında yeganə zəhərli ot olaraq qalır. O, həqiqətləri təhrif edərsə və köhnə sanksiyaları bərpa edərsə, ağıllı düşüncəyə sahib olmadığı aydın olar. O, danışıqlar yoluna qaranlıq kölgə çəkən bir hücumçudur», - deyə bəyanatda vurğulanıb.

Xəbər lenti