Xəzər Xəbər

Zaxarova G8-dən danışdı: Əvvəlcə, düşünməliyik ki...

Dünya | 10:08 • 23 Avqust 2019
Zaxarova G8-dən danışdı:

G8 formatının Rusiyanın iştirakı ilə yaradılması yönündə səsləndirilən fikirlər hələ ki, qeyri-ciddidir, peşəkar dialoq lazımdır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Gümanlar haqqında deyil, forma barəsində danışmalıyıq. Əlbəttə, bu, qeyri-ciddi formadır. Bu şəkildə iş həll edilmir. Əvvəlcə, düşünməliyik ki, "Yeddilik” nə istəyir, üzvlərlə nədə razılığa gəlmək olar? Yalnız bundan sonra konkret təkliflə Rusiya tərəfinə müraciət olunmalı və bundan sonra məsələyə baxılmalıdır”, - deyə XİN sözçüsü bildirib./axar.az

Xəbər lenti