Xəzər Xəbər

«Bu, dünya üçün qorxunc vəziyyətə gətirib çıxara bilər”- Xəbərdarlıq

Dünya | 17:26 • 22 Avqust 2019
«Bu, dünya üçün qorxunc vəziyyətə gətirib çıxara bilər”- Xəbərdarlıq

Pakistanın Baş naziri İmran Xan "Nyu York Tayms” qəzetinə müsahibəsində Hindistanı növbəti dəfə sərt tənqid edib.

İmran Xan dialoq cəhdlərinin nəticəsiz qaldığını bəyan edib.

"Hindistanla danışmağın mənası yoxdur. Lazımi qədər danışdım, demək istədiklərimi söylədim, təəssüf ki, geriyə baxanda sülh və dialoq üçün irəli sürdüyüm bütün təşəbbüsləri güzəşt kimi qiymətləndirdilər. Artıq edə biləcəyimiz bir şey yoxdur”, - deyə baş nazir vurğulayıb.

O bildirib ki, etnik təmizləmə və soyqırım olacağına dair narahatlıqları var: "İki nüvə silahına sahib ölkəyə baxırsınız, hər şey ola bilər. Təzyiq yüksələ və bu, dünya üçün qorxunc vəziyyətə gətirib çıxara bilər”./teleqraf

Xəbər lenti