Xəzər Xəbər

KİV: Türkiyə Qətər əmirliyinin ərazisində ikinci hərbi bazasını yaradır

Dünya | 16:54 • 14 Avqust 2019
KİV: Türkiyə Qətər əmirliyinin ərazisində ikinci hərbi bazasını yaradır

Türkiyə Fars körfəzi sahilində yerləşən Qətər əmirliyinin ərazisində ikinci hərbi bazasının tikintisini praktik olaraq başa çatdırıb.


AZƏRTAC Al Ahram qəzetinə istinadla xəbər verir ki, yeni bazanın açılışı bu ilin payızında olacaq. İlkin məlumata görə, hərbi obyektin açılış mərasimində Qətər və Türkiyə liderlərinin iştirakı gözlənilir.


Türkiyənin əmirlikdəki yeni bazası paytaxt Dohanın cənubunda, artıq mövcud olan "Tarek ben Ziyad” bazasının yanında yerləşəcək. 2015-ci ilin oktyabrından orada Türkiyə quru qoşunlarının və hərbi-hava qüvvələrinin bölmələri dislokasiya olunub. Bazadakı hərbi qulluqçularının sayının 3 minə yaxın olduğu bildirilir.


Qeyd olunur ki, yeni bazanın işə düşməsi ilə Qətərdəki türk hərbçilərinin sayı "əhəmiyyətli dərəcədə artacaq”.

Xəbər lenti