Xəzər Xəbər

Trampın istədiyi oldu Ali Məhkəmədən QƏRAR

Dünya | 10:06 • 27 İyul 2019
Trampın istədiyi oldu

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın Meksika sərhəddində inşa etmək istədiyi divar üçün Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsindən 2,5 milyard dolların ayrılması qərarını təsdiqləyib.

"Anadolu” agentliyi xəbər verir ki, Ali Məhkəmə bununla da büdcə vəsaitinin sərhəd divarı üçün xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib.

Qeyd edək ki, qeyri-leqal miqrantların keçməsinin qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi. Lakin demokratlar indiyə kimi buna maneə olurdu./publika.az

Xəbər lenti

Çox oxunanlar