Xəzər Xəbər

Türkiyə hərbçiləri PKK terrorçularının hücumuna məruz qalıb

Dünya | 17:54 • 26 İyul 2019
Türkiyə hərbçiləri PKK terrorçularının hücumuna məruz qalıb

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak vilayətinin Silopi rayonu ərazisində fəaliyyət göstərən yoxlama məntəqəsi PKK terrorçularının hücumuna məruz qalıb.

Xezerxeber.az xəbər verir ki, terrorçular minomyot və avtomat silahlarla məntəqəni atəşə tutublar. Nəticədə iki hərbçi yaralanıb. Hücum edən terrorçuların yaxalanması üçün bölgədə antiterror əməliyyatı başlanıb.

Xəbər lenti