Xəzər Xəbər

Tunis prezidentinin vəfatı ilə əlaqədar bir neçə ərəb ölkəsində matəm elan edilib

Dünya | 12:51 • 26 İyul 2019
Tunis prezidentinin vəfatı ilə əlaqədar bir neçə ərəb ölkəsində matəm elan edilib

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin sərəncamı ilə Tunis Prezidenti Beji Kaid əs-Sebsinin vəfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib və bütün əyləncəli tədbirlər təxirə salınıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Misir Prezidentinin dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radi bildirib.


Qeyd edək ki, Tunis Prezidentinin ölümü ilə əlaqədar bir neçə ərəb ölkələrində də matəm elan edilib. İordaniya, Livan, Əlcəzair, Fələstin, Liviya və Mavritaniya liderləri ölkələrində üç günlük matəm elan ediblər.


Tunisin özündə isə Prezidentin vəfatını xalq yeddi gün matəm kimi qeyd edəcək.


Konstitusiyaya əsasən, dövlət rəhbəri vəzifələrini müvəqqəti olaraq parlamentin sədri Məhəmməd ən-Naser icra edir. Mərhum Prezidentin dəfni isə şənbə günü baş tutacaq.

Xəbər lenti