Xəzər Xəbər

Yunanıstan meşə yanğınları ilə mübarizə aparır

Dünya | 17:59 • 25 İyul 2019
Yunanıstan meşə yanğınları ilə mübarizə aparır

Yunanıstanda meşə yanğınları səngimir.


Xezerxeber.az xəbər verir ki, Tanaqra, Nea İkonio, Viotiya rayonları da meşə yanğınlarına məruz qalıb.


Yanğın İliya kilsəsinə və Asorpiya yaşayış sektoruna yaxınlaşır. Kilsənin əməkdaşları təhlükəsizlik baxımından təxliyə edilib. Yanğının söndürülməsində 174 yanğınsöndürən, 42 maşın cəlb olunub. Həmçinin iki təyyarə və helikopter də yanğının söndürülməsində iştirak edir.


Qeyd edək ki, isti hava şəraiti Yunanıstanda tez-tez yanğınların baş verməsi ilə nəticələnir.

Xəbər lenti