Xəzər Xəbər

Rumın diplomat BAEA-nın baş direktorunun vəzifəsini icra edəcək

Dünya | 16:42 • 25 İyul 2019
Rumın diplomat BAEA-nın baş direktorunun vəzifəsini icra edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş əlaqələndiricisi, Rumıniyanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda keçmiş daimi nümayəndəsi Kornel Ferutse agentliyin baş direktoru vəzifəsini icra edəcək. 


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov verib.


Ulyanov bildirib ki, Ferutse agentliyin bu yaxınlarda vəfat etmiş baş direktoru Yukia Amanonun yaxın köməkçisi olub və bir sıra istiqamətlərdə BAEA-nın fəaliyyətini əlaqələndirib. Onun sözlərinə görə, yeni baş direktorun seçkilərinə qədər Kornel Ferutse agentliyin rəhbərinin vəzifəsini icra edəcək.


Yukia Amano iyulun 22-də vəfat edib. 72 yaşlı yapon diplomat 2009-cu ildən BAEA-ya rəhbərlik edib.

Xəbər lenti