Xəzər Xəbər

Qadının mədəsindən 1,5 kq qızıl çıxarılıb

Dünya | 12:38 • 25 İyul 2019
Qadının mədəsindən 1,5 kq qızıl çıxarılıb

Hindistanın Qərbi Benqal əyalətində cərrahlar əməliyyat zamanı 26 yaşı qadının mədəsindən 1,5 kiloqram sikkə və zərgərlik məmulatı çıxarıblar. AZƏRTAC NTDV telekanalının saytına istinadla xəbər verir ki, həmin qadın bu üsulla qiymətli sikkələri və zərgərlik məmulatlarını gizlətməyə çalışıb.


Psixi problemlərinin olduğu bildirilən qadının mədəsindən 5 və 10 rupi dəyərində 90 ədəd sikkə, zəncir, Hindistan qadınları arasında populyar olan və buruna taxılan üzük, sırğa, ələ və ayağa taxılan bilərziklər, habelə qadın saatı çıxarılıb. Qəribə qadın pasientin anası jurnalistlərə deyib: "Biz hər dəfə qiymətli əşyaların yoxa çıxdığının şahidi olurduq, amma ondan soruşduqda, ağlamağa başlayırdı”. Məlum olub ki, gənc qadın bütün bu əşyaları yemək zamanı udurmuş.


Gənc qadının ailəsi o qədər də varlı olmayıb və əşyaların çoxu misdən olub. Lakin onların arasında qızıl bəzək əşyaları da var. Hindistanlılar sosial şəbəkələrdə bu qadının ailəsinə qızılları saxlamaq üçün seyf almağı məsləhət görüblər. Gənc qadın isə müalicə olunmaq üçün psixiatra göndəriləcək.

Xəbər lenti