Xəzər Xəbər

Braziliyada sel və daşqınlar nəticəsində 13 nəfər ölüb

Dünya | 13:25 • 25 İyul 2019
Braziliyada sel və daşqınlar nəticəsində 13 nəfər ölüb

Braziliyanın şimal-şərqində leysan yağışları nəticəsində baş vermiş sel və daşqınlarda 13 nəfərin öldüyü bildirilir.

Xezerxeber.az xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən Pernambuko əyalətində beş nəfər, Abreu e Limada beş sakin və Olindada üç adam sel və daşqınların qurbanı olublar. Ölənlərin arasında azyaşlılar və qadınlar da var. Bundan başqa əyalətin paytaxtı Resife şəhərində leysan yağışları həyatı iflic edib. Dörd milyona yaxın əhalisi olan bu şəhərə altı saat ərzində 101 millimetr yağış düşüb. Meteoroloqlar leysan yağışlarının qarşıdakı günlərdə də davam edəcəyi bildirirlər.

Xəbər lenti