Xəzər Xəbər

ABŞ-ın neft ehtiyatları azalır

Dünya | 13:14 • 25 İyul 2019
ABŞ-ın neft ehtiyatları azalır

Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 10,8 milyon barrel (2,4 faiz) azalaraq 445 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 4 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,1 milyon barrel geriləmişdi.


ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.


Ölkənin benzin ehtiyatları hesabat həftəsində 0,2 milyon barrel (0,1 faiz) azalaraq 232,5 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,6 milyon barrel artmışdı.

Xəbər lenti