Xəzər Xəbər

Əfqanıstanda terror aktı törədilib, 7 nəfər ölüb

Dünya | 11:09 • 25 İyul 2019
Əfqanıstanda terror aktı törədilib, 7 nəfər ölüb

İyulun 25-də Əfqanıstanın paytaxtı Kabildəki Pul-e-Çarxi rayonunda bir motosikletli terrorçu kamikadze Mədən Nazirliyinin binasına bombalı hücum edib. 


Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, terror aktı nəticəsində ən azı 7 nəfər ölüb, 10 adam yaralanıb.


Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrət Rəhimi bildirib ki, səhər saatlarında paytaxtın digər yerində də partlayış baş verib.


"Taliban” da daxil olmaqla, heç bir silahlı qruplaşma insidentlə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Xəbər lenti